Урок 2. Имя прилагательное (sifət).


Rus dilində sifətlər, eynilə isimlərdə olduğu kimi, üç cinsə bölünmüşdür. özündə sonra gələn ismin cinsinə və kəmiyyətinə görə uzlaşır: Какой? Какая? Какое? Какие?
   М.р isimlərin qarşısındakı sifət Какой? Sualına cavab verir və aşağıdakı şəkilçiləri alır: -ый, -ой, -ий
Əksər sifətlərin şəkilçisi -ый olur: новый (новый театр), старый (старый дом)
Əgər sifət şəkilçisindən öncə gələn samit -г, -к, -х, -ж, -ш, -щ, -ч -dırsa (vurğu son hecada düşmürsə), onda həmin sifət -ий şəkilçisi qəbul edəcək: русский (русский солдат), хороший (хороший день). Istisna -шн, -дн samit cütlüyündən sonra -ий olur: домашний кот, последний самурай
Vurğusu son hecaya (sifət şəkilçisinə) düşən sifətlər -ой şəkilçi qəbul edəcək: большой (большой друг), молодой (молодой студент)
Ж.р isimlərin qarşısındakı sifət Какая? Sualına cavab verir və aşağıdakı şəkilçiləri alır: -ая, -яя
Bir çox hallarda -ая şəkilçi gəlir. -шн, -дн samit cütlüyündən sonra -яя olur: домашняя работа, последняя песня
Ср.р isimlərin qarşısındakı sifət Какое? Sualına cavab verir və aşağıdakı şəkilçiləri alır: -ее, -ое
Əgər sifət şəkilçisindən öncə gələn samit -ж, -ш, -щ, -ч -dırsa (vurğu son hecada düşmürsə), onda həmin sifət -ее şəkilçisi qəbul edəcək: хорошее (хорошее общежитие), еyni zamanda -шн, -дн samit cütlüyündən sonra -ее olur: домашнее задание, последнее время.
Qalan digər çox hallarda -ое şəkilçi işlənir: русское (руское слово), плохое (плохое дело)
Мн.ч. (cəm halı) isimlərin qarşısındakı sifət Какие? Sualına cavab verir və aşağıdakı şəkilçiləri alır: -ые, -ие
Əgər sifət şəkilçisindən öncə gələn samit -г, -к, -х, -ж, -ш, -щ, -ч -dırsa, onda həmin sifət -ие şəkilçisi qəbul edəcək: плохие (плохие дома), свежие (свежие хлебы). Eyni zamanda -шн, -дн samit cütlüyündən sonra -ие olur: домашние задания, последние новости
Digər hallarda -ые şəkilçisi qəbul edir: новые (новые города), старые (старые страны)

Mövzuya aidğət və mətnə baxa bilərsiniz

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.