Fikirləşmək üçün

     Xarici dili öyrənmək istəyirsiniz öyrənə bilmirsiniz, yoxsa yaxşı iş axtarırsınız tapa bilmirsiniz və s. Belə problemlər çox ola bilər. Bu cür məsələlərin kökündə 3 əsas səbəb var: inamsızlıq, günahı başqa adamda görmək və tənbəllik.

İnamsızlıq. 

      Əşşi o mənlik deyil, ona görə çoxlu pulun olmalıdır və ya ona görə güclü təhsilin olmalıdır, ingilis dilini ana dili kimi bilməlisən və s. bütün bunlara səbəb olan bir vasitə var o da özünə inamsızlıq. Siz hər şeyə qadirsiniz, siz hər şeyi bacarırsınız, lakin buna inanmadığınız üçün onu edə bilmirsiniz. Necə olur ki, kimsə uçan aparat, dəmir-dümür yığınına proqram tətbiq edib kompüter düzəldə bilir, amma siz sadə olan bir məsələnin öhtəsindən gələ bilmirsiz?! Belə şey yoxdur. 
       Bunları oxuya-oxuya fikirləşirsiniz, bunun başı niyə xarab olub, niyə özündən bu qədər razıdır və yaxud fikirləşirsiniz, yaxşı, bu gündən özümə inanıram nə dəyişəcək ki? 
      Özünə inam nə olan şeydi misal ilə izah edim. Siz yerdə gəzirsiniz və yıxılmırsınız. Niyə yıxılmırsınız? Cavab verəcəksiniz ki yıxılmıram da niyə yıxılmalıyam ki?! Düz deyirsiniz, yıxılmamalısınız. İndi isə təsəvvürünüzə gətirin, yerdə gəzdiyiniz vaxtı sizin ayağınızın altında qalan yerləri (ayaq iziniz boyda yerlər maksimum bu 10X30 sm sahə olacaq) kəsib 2-3 m. yuxarı qaldırılıb və sizə tapşırılır ki qalxın ordan gedin. Düzünü deyin gedə biləcəksiz??? 90%niz yox cavab verəcəksiniz. Hətta çoxunuz, başın xarabdı, yıxılıb edərəm ordan əlim qolum əzilər, orda nə işim var və s. cavablar verəcəksiniz. İndi sizə sual ünvanlayıram NİYƏ? axı, niyə yerdə olanda gəzə bildiniz və bir az yuxarıda olanda gəzə bilmirsiniz? Nə dəyişdi, axı eyni ayaq iziniz boyda torpaqlardı yerdə olanda da yuxarıda olanda da? Cavab bir sözdü: İNAMSIZLIQ. yerdə olanda özünə inanırsınız yıxılmayacaqsız və yıxılmırsınız, amma yuxarıda olanda özünüzə inamırsınız və yıxılırsınız...

Günahı özgədə axtarmaq

       Günahı özündə görməmək. Məktəbdə müəllimlər yaxşı dərs versəydi Qafqaza qəbul olardım, ordan məni göndərərdilər xaricə təhsil almağa və indi BP-də 3500 manat aylıq əmək haqqı alırdım. Universitetdə yaxşı təhsil versəydilər belə edərdim, yaxşı maaş vermirlər dəə versəydi maşınımı dəyişərdim və ya zəmanə korlanıb və s. bu kimi digər məsələlər... Sizdə günah yoxdu. Siz tər-təmizsiniz :)
       Bilirsiniz problem nədir? Cəmiyyətimizin çox saylı yaxşı xüsusiyyətləri vardır. Sadalamaq istəmirəm. Bu xüsusiyyətlərə görə də mən bizim cəmiyyətimizi nə qərb, nə də şərq cəmiyyətlərə dəyişmərəm. Əlbəttə ki, çatışmayan bir xüsusiyyətimiz də var o da günahı özündə görməməkdır. Bir ana və ya ata danışanda kiməsə deyir: "mən oğlumu və qızımı evləndirdim". Bu yaxşı bir şeydi və yaxşı bir iş olduğundan öz üzərinə götürür. yəni MƏN elədim. Halbuki yazıq evlənən oğul toy xərci düzəltmək üçün bəlkədə dəridən qabıqdan çıxıb, isti-soyuq demədən işləyib pul qazanıb. Vəə bir müddət sonra bu evlənənlər boşanırlar. Bu vaxt həmin ata-ana deyir: "oğlum və ya qızım boşandı" yəni mən eləmədim özləri boşandı. Bu yaxşı bir iş olmadığı üçün tulladı başqa adamın üstünə. Halbuki bir çox boşanmalara səbəb elə valideynlərin özləri olur...
       Günahı özündə görməyən adam heç vaxt uğur qazana bilməz. Bütün baş verənlərə görə özünuzə bir sual verin. Niyə bu belədi və ya oldu? Universitetdə yaxşı təhsil vermirdi özünüz oxuyardınız, biləndən öyrənərdiniz. Yaxşı maaş vermirlər, məcbur sizi saxlamıyıblar ki orda gedin başqa iş tapın. İndi də deyəcəksiniz "allah köməyin olsun boş-boş danışmaqla deyil ee iş var bəyəm?" Var.

Tənbəllik

      İndi də deyəcəksiniz özünsən tənbəl mən tənbəl deyiləm :). Biz uşaqlıqdan tutmuş bu günə qədər uzun bir yol keçmişik: orta məktəb, universitet, magistratura, iş və s. Orta məktəbdə tənbəllik etdik, oxumadıq. Dedik əşşii sabah oxuyaram, gələn həftənin birinci gündən oxuyaram, gələn rübdən başlayacam, sentyabırın 1dən başlayacam eee. Gəlib çatdı 1 sentyabr. Köhnə hamam-köhnə tas. (Burda o biri msg-lardan fərqli olaraq BİZ deyə ona görə danışıram ki, bu zəhrimardan məndə də var) Bir təhər qəbul olduq ali məktəbə. Vseee Hər şey qaydasındadı. Avtopilota qoyduq gedir 120 ilə. Fikirləşirik bitirək problemlər qurtarsın. Elə bilirik bitirən kimi nazır, ən pis halda müavini olacayıq. Və bitdi H.Aslanovdu düşün :). İş yoxdu ee.., hamı təcrübə istəyir, ingilis dili istəyir elə bil Amerikada yaşayırıq. Yenə bizdə günah yoxdu. Onların istədikləri şeylərdi bunlar. Biz tər-təmizik. Bu vaxt soruşan lazımdı "a bala, sən öz ixtisasın üzrə mütəxəssisən işə götürüm səni? Yalandan instituta gedib-gəlibsən, hə, nə olsun diplomun var?" Axtaran tapar prinsipi ilə iş tapdıq işləyirik. Bir müddət sevinirik sonra işdə oturub gəlir mənbələri axtarırıq: "orda yaxşı pul var, burda yaxşı imkanlar var filan, kaş belə edərdim, yaşım çoxalıb ee indi 20 yaşım olaydıııı, kaş institutda oxuduğum vaxtlar olardı". Yadınızdan çıxartmayın! 5 il sonra da yenə bu günü deyib fikirləşəcəksiz, gərək 5 il qabaq belə edərdim. 
        Nə edirsiniz edin. İndi edin. Başlayın işə. Gec deyil. Sabah başqa işlər olacaq bu gündən başlayın və axıra kimi gedin. inanın özünüzə, nə etsəniz özünüz edəcəksiniz özünüzə, tənbəl olmayaq ən əsası. Hamının fikrini eşidin amma qulaq asmayın. Ətrafınıza etibarlı adamları yığın amma hər şeyi heç kimə etibar etməyin...
Davamı gələcək...
Qeyd dəftərçələrinizə indiyə qədər olan uğurlarınızı və uğursuzluqlarınızı yazın...

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.