О блоге

       Blog rus dilini sərbəst öyrənmək istəyənlər üçün fəaliyyət göstərir. Digər xarici dilləri öyrənmək üçün kifayət qədər vəsait var, amma rus dili öyrənmək üçün bir az kasadlıq var. Buna görə belə qərara gəldim ki, özüm rus dilini öyrənim və öyrəndiklərimi də blog vasitəsi ilə yayım. Odur ki, rus dilini öyrənmək istəyənlər buyursun, bilənlərdən də xahiş olunur ki, komentariya və s. ilə öz irad və təkliflərinizi bildirsinlər. Biz dərsləri 0-dan başlayacayıq, amma hərflərsiz. Yəqin ki hərfləri bilirsiniz. Bilmirsinizsə öyrənin sonra gəlin 😊 zrft.
      Eyni zamanda sizdən xahiş olunur ki blogu maksimum dərəcədə istifadə etdiyiniz sosial şəbəkələrdə paylaşasınız ki, ehtiyyacı olan daha çox adam faydalana bilsin. Ola bilər ki, aranızda olan birinin 50-60 manatı olmasın kursa verməyə. Həmçinin bu dili öyrənmək üçün kursa getməyə ehtiyyac da yoxdur. Niyəsini görəcəksiniz. Dərsləri aramla, ardıcıl, mənimsəyərək oxuyun. Əlavə suallarınız olarsa facebook vasitəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
      Çalışacayıq ki, səhvlərə yol verməyək. Əgər hər hansı bir səhv olarsa bu barədə hökmən xəbərdar edin və baş verə biləcək səhvlərə görə indidən üzr istəyirik. Diqqətinizə görə minnətdarlığımı bildirirəm.


Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.